İlin sonuncu Ay tutulması sona çatıb - YENİLƏNİB

Ay tutulması

© APA | Ay tutulması

# 19 noyabr 2021 14:48 (UTC +04:00)

2021-ci ilin sonuncu Ay tutulması sona çatıb.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, Bakı vaxtı ilə saat 11:18:41-də başlayan tutulma hadisəsi saat 14:47:04-də başa çatıb və ümumlikdə 2 saat 28 dəqiqə davam edib.

Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə edilməyib.

***

11:18

2021-ci ilin sonuncu Ay tutulması başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək. Buna görə də tutulma qismən Ay tutulması hesab olunur.

Bakı vaxtı ilə saat 11:18:41-də başlayan tutulma hadisəsi saat 14:47:04-də başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR