“İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz etmək qaydası açıqlanıb

“İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz etmək qaydası açıqlanıb
# 14 iyul 2021 10:17 (UTC +04:00)

“İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz etmək üçün Azərbaycanda tətbiq olunan hər hansı vaksinin 2 dozasını qəbul etməklə, “Peyvənd sertifikatı” əldə edə bilərsiniz. https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

APA-nın məlumatına görə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında bildirilib.

Qeyd olunub ki, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR