İmplant diş qoydurmazdan öncə bunları mütləq bilməlisiniz - VİDEO

Səhər Hofzellesan

© APA | Səhər Hofzellesan

# 07 oktyabr 2021 11:29 (UTC +04:00)

Xoş bir təbəssümün arxasında sıra ilə düzülmüş səliqəli dişlər dayanır. Əgər görüntüsündən narazı qaldığınız, problemli dişləriniz varsa təbəssümünüz arxa planda qala bilər.

Amma bunu özünüzə dərd etməyə dəyməz. Çünki Medeyra Hospitalın uzman stomatoloqu Səhər Hofzellesan diş əti xəstəlikləri səbəbindən yaranan problemləri, implantların əkilməsini uğurlu şəkildə həyata keçirir.

- Doktor, implantın əkilməsindən öncə hansı müayinələrdən keçmək lazımdır?

- Xəstələr gəlirlər, biz onları ilk olaraq rentgen KT-dən keçiririk. Orda sümüyün vəziyyəti məlum olur. Bir də biz xəstələrimizdən qan analizi alırıq. Qanda olan problemləri aşkarlayırıq. Hər bir şey qaydasındadırsa implanta baş vura bilirik.

- İmplantın əkilməsində risk qrupunda olan xəstəliklər hansılardır?

- Diabet xəstələrinə olunmur. Hepatit xəstələrinə müəyyən şəraitdə qoyulur. İmmunitet problemi olan xəstələri, ostoperez xəstəliyi olan şəxslərə qoyulmur.

Stomatoloq estetik görüntü qazandıran Vinir, zirkon kimi dişlərin qoyulması ilə yanaşı, çənə sümüyündə problem olan xəstələri də əməliyyat yolu ilə sağlam təbəssümə qovuşdurur.

“Əgər heç bir problem yoxdursa, sadəcə dişsizlik varsa, implantın qoyulması 10 dəqiqədir. Amma bəzən pasientlərin çənədə, sümüyündə problemləri olur, çənədə ərimə var, biz məcbur oluruq ki, əməliyyat edək. İmplant əməliyyatları təbii ki, burda olunur. Əməliyyat xəstənin istəyinə bağlı olaraq narkozla edilir”, - deyir Səhər Hofzellesan.

Təbəssümünüzü qorumağın yolu sağlam ağız boşluğu, qüsursuz dişlərdən keçir. Sağlam dişlərinizlə ətrafa gülümsəmək istəyirsinizsə stomatoloq Səhər Hofzellesana müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR