İndiyədək hərbi səbəblə bağlı 2461 nəfər əyani müayinəyə cəlb olunub

İndiyədək hərbi səbəblə bağlı 2461 nəfər əyani müayinəyə cəlb olunub
# 01 oktyabr 2021 12:22 (UTC +04:00)

“İndiyə qədər hərbi səbəblə bağlı 2461 nəfər əyani müayinəyə cəlb olunub”.

APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova “Sosial saat”da deyib.

O bildirib ki, istər ümumi, istərsə xüsusi səbəbdən əlilliyi olan şəxslərlə bağlı mütəmadi yoxlanmalar aparılır: “Bu sahədə daim audit yoxlamaları həyata keçirilir. Audit yoxlamaların məqsədi odur ki, kimin haqqıdırsa, əlillik təyinatı təyin olunsun. Bu, sui-istifadə hallarının qarşısını almaq üçündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR