İndiyədək icaze.e-gov.az portalında toyların keçirilməsi ilə bağlı 17 mindən çox tədbir qeydiyyata alınıb

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov

© APA | Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov

# 27 iyul 2021 15:50 (UTC +04:00)

Bu günə qədər icaze.e-gov.az portalında toy şənliklərinin keçirilməsi ilə bağlı 17 mindən çox tədbir qeydiyyata alınıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, bu rəqəm təxminən 15 avqusta qədər 45 günlük müddəti əhatə edir: "Bu günə qədər sistemlə bağlı hər hansı şikayət olmayıb. Sistem tam dayanıqlıdır".

F.Cəfərov deyib ki, 1 iyuldan etibarən icaze.e-gov.az portalı şənliklərin qeydiyyata alınması üçün istifadəyə verilib. Hər bir şadlıq evi sahibi şənlik mərasimi keçirilmədən 5 gün öncədən 50 nəfərdən 150 nəfərə qədər olan qonaq sayını qeydiyyatdan keçirməlidir, burada zal seçilməlidir. Eyni zamanda, orada çalışan əməkdaşlar qeydiyyatı aparılmalıdır, onların 80 faizi vaksin vurdurmuş olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR