İndiyədək pandemiya ilə əlaqədar səhiyyə sisteminə yönəldilən vəsaitin həcmi açıqlanıb

Baş nazir Əli Əsədov, Milli Məclisdə çıxış

© APA | Baş nazir Əli Əsədov, Milli Məclisdə çıxış

# 03 dekabr 2021 19:51 (UTC +04:00)

İndiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində səhiyyə sisteminə yönəldilən vəsaitin həcmi açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisdə 2022-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin üçüncü oxunuşda qəbulundan sonra çıxışında bildirib.

Ə.Əsədov deyib ki, indiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində təkcə səhiyyə sisteminə 1,6 mlrd. manatdan çox vəsait yönəldilib.

Qeyd edək ki, pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası üçün bugünədək 433 mln. manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR