İndiyədək Türkiyəyə göndərilən 115 qazi müalicə olunaraq ölkəyə qayıdıb

Elvin Hüseynov

© APA | Elvin Hüseynov

# 08 dekabr 2021 13:31 (UTC +04:00)

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 012 və yaralıların 2 525 müraciəti olmaqla ümumilikdə 5 537 müraciət təmin edilib.

APA-nın məlumatına görə, bunu “YAŞAT” Fondunun bir illik hesabat tədbirində Fondun rəhbəri Elvin Hüseynov bildirib.

Onun sözlərinə görə, ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 115-si ölkəyə qayıdıb: "Hazırda 39 ağır yaralının müalicəsi Türkiyədə davam edir. "YAŞAT” Fondunun dəstəyi ilə ölkəyə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.

28 fevral - 07 mart tarixlərdə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib".

E. Hüseynov deyib ki, ciddi fiziki travma alan yaralıların bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən 39 451.41 manat məbləğində “RGO” ortopedik cihazları ölkəyə gətirilib: "Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub. Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 270.80 manat məbləğində “Giger MD” reabilitasiya cihazı alınıb".

Elvin Hüseynov bildirib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 696, itkin ailə üzvlərinin 3 və yaralıların 919 müraciəti olmaqla ümumilikdə 1 618 müraciət təmin edilib: "Fondun təşəbbüsü ilə müəssisələr tərəfindən 125 926.74 AZN borc öhdəliyi qarşılanıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR