İnstitut direktoru: "Neonatal ölümün 35 faizi vaxtından əvvəl doğulanların payına düşür"

İnstitut direktoru: "Neonatal ölümün 35 faizi vaxtından əvvəl doğulanların payına düşür"
# 17 noyabr 2021 11:09 (UTC +04:00)

“Yarımçıq doğulmanın azaldılması bütün ölkələrin səhiyyəsinin qarşıya qoyduğu əsas prioritetlərdən biridir”.

APA-nın məlumatına görə, bunu Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü münasibətilə keçirilən tədbirdə deyib. O bildirib ki, hər il dünyada 15 milyon uşaq vaxtından əvvəl doğulur: “Bu da bütün doğulan uşaqların 11 faizini təşkil edir”.

O qeyd edib ki yarımçıq doğulanların respirator patologiyalarının həlli bu gün tam olaraq mümkün deyil: “Bu fəsadlarla qarşılaşmamaq üçün ilk növbədə vaxtından əvvəl doğuşun qarşısını almaq lazımdır. Neonatal ölümün 35 faizi, 5 yaşdan kiçik uşaqlarda uşaq ölümünün 18 faizi vaxtından əvvəl doğulanların payına düşür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR