İpoteka ilə ev almış qazilərin problemlərinin həlli məsələsi MM-də qaldırılıb

İpoteka ilə ev almış qazilərin problemlərinin həlli məsələsi MM-də qaldırılıb
# 12 noyabr 2021 12:29 (UTC +04:00)

“Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və qazilərə çox böyük diqqət göstərir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, Prezident Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün sərəncam imzalayıb: “Bizə müraciət edən şəhid ailələri və qazilər var ki, vaxtında evi ipoteka ilə götürüb. Ancaq qazi müraciət edir ki, sabah başına bir iş gəlsə, ailəsi o ipotekanı ödəyə bilməyəcək. Çünki həmin qazinin vəziyyəti yaxşı deyil. Bu cür ailələrə dəstək versək, çox yaxşı olar. Eşitdiyimə görə, 2025-ci ilə qədər bütün şəhid ailələri və qaziləri evlərlə təmin olunacaq. Bu zaman dediyim kateqoriyadan olanlar da nəzərə alınsa, yaxşı olar. Bəzi banklarda bununla bağlı problem müsbət yöndə həll edilsə də, bu, bütün bankları əhatə etmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR