İranda koronavirusdan ölənlərin sayı 130 minə çatır

Tehran

© APA | Tehran

# 29 noyabr 2021 15:28 (UTC +04:00)

İranda ötən sutka ərzində 82 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 129 711 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 4310 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 113 192 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR