İranda sərhəd pozucuları ilə atışmada 4 SEPAH üzvü həyatını itirib

İranda sərhəd pozucuları ilə atışmada 4 SEPAH üzvü həyatını itirib
# 24 iyul 2021 17:11 (UTC +04:00)

İran İslam İnqilab Keşikçilər Korpusu (SEPAH) Qüds Briqadasının 4 üzvü sərhəd pozucuları ilə atışmada həyatını itirib.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə ötən gecə ölkənin şərqində Sistan və Bəluçistan əyalətinin Xaş şəhərinin Gunik bölgəsindəki sərhəddə baş verib.

Sərhədi keçmək istəyən silahlı dəstə ilə SEPAH qüvvələri arasında baş verən atışmada SEPAH-ın üzvü həyatını itirib.

Baş vermiş insident ilə bağlı əlavə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR