İri ticarət mərkəzlərinin nəzdindəki əyləncə mərkəzləri və kinoteatrların fəaliyyəti bərpa olunub

İri ticarət mərkəzlərinin nəzdindəki əyləncə mərkəzləri və kinoteatrların fəaliyyəti bərpa olunub
# 01 oktyabr 2021 00:01 (UTC +04:00)

İri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcə də ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti bu gündən bərpa olunub.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar verib.

Qərarda bildirilir ki, fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR