İşçi Qrup: Şuşada qazanxanalar noyabrdan mövsümə tam hazır olacaq

Şuşa

© APA | Şuşa

# 30 oktyabr 2021 12:39 (UTC +04:00)

Şuşa şəhərində qazanxanalar noyabr ayından etibarən istilik mövsümünə tam hazır olacaq.

APA-nın məlumatına görə, bu barədə İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun videokonfrans formatında iclasında bildirilib.

İclasda Şuşa şəhərinin əsas bina və obyektlərinin istilik enerjisi ilə təmin olunması üzrə görülən işlərlə bağlı aparılmış növbəti monitorinqin nəticələri haqqında məlumat verilib, enerji təminatında keyfiyyətin və davamlılığın təmin olunmasına dair müzakirələr aparılıb. İstilik qazanxanalarının tikintisi istiqamətində görülən işlərin cari vəziyyəti nəzərdən keçirilib, lazımi avadanlıqların və materialların daşınması və quraşdırılması ilə bağlı həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Qazanxanaların noyabr ayından etibarən istilik mövsümünə tam hazır olacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR