İşğaldan azad edilmiş ərazilərdə ötən ay 525 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən ay 525 mina aşkarlanıb
# 01 sentyabr 2021 16:43 (UTC +04:00)

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə avqust ayı üzrə statistik məlumatları açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, avqustun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 455 piyada əleyhinə mina, 70 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 634 hektar ərazi mina və PHS-lardan təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR