İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqəsi

© APA | İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqəsi

# 10 iyun 2021 16:26 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə İsmayıllı rayonunda Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı ət satışının antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirmələri, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR