İsmayıllıda yeni seysmik stansiya quraşdırılıb

İsmayıllıda yeni seysmik stansiya quraşdırılıb
# 15 noyabr 2021 11:57 (UTC +04:00)

Respublika ərazisində seysmik monitorinq şəbəkəsinin genişləndirilməsini davam etdirən AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən İsmayıllı rayonunun Zərnava kəndində daha bir seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb.

RSXM-dən APA-ya bildirilib ki, bu, beynəlxalq qrant layihəsi çərçivəsində respublika ərazisində quraşdırılan sayca üçüncü yeni seysmik stansiyadır.

Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Həmin stansiyaların on ikisi palçıq vulkanlarının ətrafında quraşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR