İsveç jurnalistləri işğaldan azad edilmiş Azərbaycan ərazilərində olub

İsveç jurnalistləri işğaldan azad edilmiş Azərbaycan ərazilərində olub

© APA | İsveç jurnalistləri işğaldan azad edilmiş Azərbaycan ərazilərində olub

# 29 sentyabr 2021 12:12 (UTC +04:00)

İsveç jurnalistləri işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfər edib.

APA-nın xəbərinə görə, bir qrup aparıcı isveçli jurnalist azad edilmiş Azərbaycan torpaqları, o cümlədən Şuşa şəhərində olublar. Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində baş tutan səfər İsveç Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunub.

Səfərdə məqsəd Azərbaycan ordusunun qələbəsindən sonra İsveç jurnalistlərinin faktları öz gözləri ilə görmələri, Ermənistan tərəfindən Azərbaycan torpaqlarında törədilən mədəni, dini vandalizm, ekoloji genosidin izləri ilə yerində tanış olmaq olub.

Ağdam, Füzuli, Cəbrayıl, Zəngilanda olan xarici media nümayəndələri daha sonra Şuşa şəhərinə gediblər. İsveç jurnalistləri işğalçı Ermənistanın Azərbaycan torpaqlarında törərdiyi vəhşilikləri, işğal izlərini, xarabalıqları görəndə şoka düşüblər.

Jurnalistlər ANAMA əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olub, Ermənistan tərəfindən ekoloji fəlakət zonasına çevrilən Oxçuçayın kəskin çirkləndirilməsinin şahidi olublar. Dağıdılan mədəniyyət, memarlıq abidələri, qəbiristanlıqları və məscidləri öz gözləri ilə görüb lentə alıblar.

Şuşa şəhərində olan jurnalistlər 30 ildən sonra doğma şəhərlərini ziyarətə gələn yerli sakinlərlə görüşüb, onlarla həmsöhbət olublar. İsveçdən olan sənədli film rejissorları onların hisslərini sənədləşdirmək üçün Şuşa sakinlərindən müsahibələr götürdülər. İsveçli jurnalistlər sakinləri dinləyərkən göz yaşlarını saxlaya bilməyiblər.

Jurnalistlər Qobuda məcburi köçkünlərin məskunlaşdıqları ərazi olub, məcburi köçkünlərdən müsahibələr alıblar.

İsveçdən olan KİV nümayəndələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub, Xarici İşlər Nazirliyi, ANAMA və Milli Məclisdə bir sıra görüşlər keçiriblər.

Bu, İsveç media nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR