Dövlət Agentliyi: Stomatoloji yardım Xidmətlər Zərfinə daxil edilə bilər

Dövlət Agentliyi: Stomatoloji yardım Xidmətlər Zərfinə daxil edilə bilər
# 23 iyun 2021 15:24 (UTC +04:00)

“Stomatoloji yardım, məsələn, dişin çəkilməsi kimi xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi ilə bağlı müzakirələr aparılır”.

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası" mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, növbəti il bu tibbi xidmətlər Xidmətlər Zərfinə daxil edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR