İTSDA: Tibbi göstəriş əsasında çəpər əyriliyi əməliyyatı xidmətlər zərfinə daxil edilib

İTSDA: Tibbi göstəriş əsasında çəpər əyriliyi əməliyyatı xidmətlər zərfinə daxil edilib
# 26 may 2021 16:03 (UTC +04:00)

“İcbari tibbi sığorta çərçivəsində çəpər əyriliyi xidməti xidmətlər zərfinə daxil edilib. Bununla bağlı tibbi göstəriş olarsa, bu xidmətdən icbari tibbi sığorta çərçivəsində əməliyyat oluna bilərsiniz”.

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva deyib.

O bildirib ki, əgər çəpər əyriliyi ilə bağlı şikayət təsdiqlənərsə, burun əməliyyatı icbari tibbi sığorta tərəfindən qarşılanır: “Ancaq çəpər əyriliyinin sağlamlığa zərəri təsdiqlənmədiyi hallarda bu əməliyyat icbari tibbi sığorta xidməti çərçivəsində həyata keçirilmir. Çünki plastik və kosmetik əməliyyatlar xidmətlər zərfinə daxil edilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR