İTSDA və xəstəxanaları olan dövlət orqanları göstərilən pullu xidmətin tarifini müəyyənləşdirəcək

İTSDA və xəstəxanaları olan dövlət orqanları göstərilən pullu xidmətin tarifini müəyyənləşdirəcək
# 30 noyabr 2021 16:37 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və xəstəxanaları olan dövlət orqanları əhaliyə göstərilən pullu xidmətin tarifini müəyyənləşdirəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə münasibətdə İTSDA, digər dövlət tibb müəssisələrinə münasibətdə isə tabe olduqları dövlət orqanları (qurumları) təsdiq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR