İyulda hərbi xidmətə yola düşəcək çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıblar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

© APA | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

# 26 iyun 2021 13:33 (UTC +04:00)

Azərbaycanda iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 26-da SMS vasitəsilə məlumatlandırılıblar.

Xidmətdən APA-ya verilən məlumata görə, çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur. Çağırışçıların hərbi qeydiyyatda olduqları Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən çağırıldığı halda təyin edilmiş vaxtda aidiyyəti üzrə gəlmələri zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR