Jurnalist Elnur Əşrəfoğlu dəfn olunub - FOTO

Jurnalist Elnur Əşrəfoğlu dəfn olunub

© APA | Jurnalist Elnur Əşrəfoğlu dəfn olunub

# 20 oktyabr 2021 11:36 (UTC +04:00)

Koronavirusdan vəfat edən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn olunub.

Apasport.az saytının məlumatına görə, tanınmış jurnalist Saray qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, idman ictimaiyyəti və jurnalistlər iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxmuş Elnur Əşrəfoğlu “Yeni Klinika”da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu. Tanınmış jurnalist dünən vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR