Kamran Əliyev: "Müharibədə itkin düşmüş sayılan 7 nəfərdən birinin meyiti tapılıb"

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 01 oktyabr 2021 10:08 (UTC +04:00)

"Döyüşlərin getdiyi ərazilərdə son günlər daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir".

APA-nın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, meyitdən DNT analizi götürülüb: "Çox güman ki, itkinlərin sayı 6-ya düşəcək. Bununla bağlı aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir".

Baş prokuror, həmçinin, qeyd edib ki, Birinci Qarabağ Müharibəsində itkin düşən şəxslərin sayı 4 minə yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR