"Kapital Bank"ın dəstəyi ilə "Yay Futbol Düşərgəsi" keçirilir

"Kapital Bank"ın dəstəyi ilə "Yay Futbol Düşərgəsi" keçirilir
# 02 iyul 2021 10:50 (UTC +04:00)

“Kapital Bank” Sumqayıt şəhərində 7-12 yaşlı uşaqlar arasında keçirilən ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinin rəsmi tərəfdaşıdır.

Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.

1 iyul 2021-ci il tarixində start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 48 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək. Düşərgənin ilk qrupunda iştirak edən şagirdlər Vətən müharibəsində şəhid və qazi olan igidlərimizin övladlarıdır.

Qeyd edək ki, 2014-cü ildən keçirilən layihə “Kapital Bank”la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, “Azərikimya” İB və “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR