Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan jurnalist Sirac Abışov dəfn edilib - FOTO - YENİLƏNİB

Şəhid jurnalist Sirac Abışovun dəfn mərasimi

© APA | Şəhid jurnalist Sirac Abışovun dəfn mərasimi

# 05 iyun 2021 13:14 (UTC +04:00)

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışov dəfn olunub.

APA-nın xəbərinə görə, Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

***

10.51

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, Sirac Abışovun yaşadığı evdə - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilən vida mərasiminə media və ictimaiyyət nümayəndələri qatılıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezidentin tapşırığı ilə vida mərasimində iştirak edib və Prezidentlə Birinci Xanımın başsağlığını çatdırıb.

Şəhid jurnalist Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR