Kəmaləddin Heydərov: “İşğaldan azad olunan ərazilərdə yeni Minaaxtaran Alayı yaradılıb” - YENİLƏNİB - VİDEO

Kəmaləddin Heydərov, Azərbaycan fövqəladə hallar naziri

© APA | Kəmaləddin Heydərov, Azərbaycan fövqəladə hallar naziri

# 12 dekabr 2021 13:28 (UTC +04:00)

“Ali Baş Komandanın tapşırığı ilə biz Mülki Müdafiə Qoşunları, tikintiyə nəzarət və digər müvafiq qurumlarımızın, o cümlədən yanğından mühafizə qüvvələrimizin işğaldan azad olunmuş ərazilərdə aparılan işlərdə fəal iştirakını təmin etmişik”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
Nazir deyib ki, işğaldan azad olunan ərazilərdə yeni Minaaxtaran Alayı yaradılıb: “Təxminən 74 yeni minaaxtaran mütəxəssis yetişdirilib. Xaricdən 120 ədəd minaaxtaran cihazlar alınıb. Mütəxəssislərimiz Türkiyə mütəxəssisləri və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə fəaliyyət göstərirlər. Alayda 74 yeni minaaxtaran mütəxəssis yetişdirmişik, 120 ədəd minaaxtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib. Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə ərazilərdə minadan təmizlənmə işlərini davam etdirirlər. İşğal dövründə mənfur düşmən tərəfindən bir çox yerlərdə basdırılmış minalar tezliklə təmizlənməlidir ki, quruculuq işləri aparılsın. İşğaldan azad edilən ərazilərin sahəsi böyükdür”.
K. Heydərov nəzərə çatdırıb ki, təkcə minaaxtaran cihazların deyil, robotların da alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən birgə işlər aparılır: “Ərazi yaşıllıq olduqca minatəmizləmə işləri çətinləşir. Artıq payız vaxtıdır, qış gəlir, yaşıllıqlar quruyur. Ona görə də azad olunmuş ərazilərdə minatəmizləmə işləri bundan sonra daha da təkmil və sürətli şəkildə aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR