Kiçikhəcmli gəmilərin istifadə, texniki baxış və qeydiyyata alınma şərtləri açıqlanıb - VİDEO

Kiçikhəcmli gəmilərin istifadə, texniki baxış və qeydiyyata alınma şərtləri açıqlanıb - VİDEO
# 15 oktyabr 2021 12:15 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin strukturuna aparatla yanaşı 5 region şöbəsi, 36 xilasetmə məntəqəsi, 8 dalğıc axtarış qrupu daxildir. APA xəbər verir ki, bunu xidmətin rəis müavini, polkovnik Fəxrəddin Məmmədov deyib.

F.Məmmədov bildirib ki, Dövlət Xidməti xilasetmə, dalğıc axtarış işləri ilə bərabər Xəzərin Azərbaycana aid hissəsində, su hövzələri və çaylarda kiçikhəcmli gəmilərin təhlükəsizlik istismarına dövlət nəzarətini həyata keçirir. Həmçinin kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, eləcə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir. Texniki baxış ilkin və illik keçirilir. Kiçikhəcmli gəmilərin dövlət qeydiyyatına alınması "Azərbaycan Respublikasında kiçik həcmli gəmilərin dövlət qeydiyyatı" Qaydalarına uyğun tənzimlənir.

Rəis müavini qeyd edib ki, hər gəmi sahibi ona məxsus gəmini əldə etdiyi tarixdə və ya gəmi respublikaya idxal olunarkən gömrük nəzarətindən çıxan tarixdən 10 gün müddətinə dövlət qeydiyyatına alınması üçün xidmətə müraciət etməlidir:

"Gəminin qeydiyyata alınmasından əvvəl gəmiyə ilkin texniki baxış keçirilir. Texniki baxış zamanı texniki parametrlər, texniki vəziyyətə baxılır. İlkin texniki baxış nəticəsində məqbul qiymət almış kiçikhəcmli gəmilər üçün xidmət tərəfindən üzmə şərtləri müəyyən edilir.

Dövlət qeydiyyatına alınmış gəmilərə xidmət tərəfindən 5 il müddətinə gəmi bileti və 1 il müddətinə texniki talon verilir. Hər bir gəmiyə bolt nömrəsi təyin olunur. Gəmi istifadəçisi əvvəlki texniki baxış tarixindən bir il müddət ötmədən illik texniki baxışa təqdim etməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR