Kollegiya sədri: "Mülki Prosessual Məcəlləyə dəyişiklikdə məqsəd süründürməçiliyin qarşısını almaqdır" - VİDEO - YENİLƏNİB

Kollegiya sədri: "Mülki Prosessual Məcəlləyə dəyişiklikdə məqsəd süründürməçiliyin qarşısını almaqdır" - VİDEO  - YENİLƏNİB
# 25 iyun 2021 15:06 (UTC +04:00)

“Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddəyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Əsas məqsəd süründürməçiliyin və əsassız vəsatətlərlə işin uzadılmasına nail olma hallarının qarşısının alınmasıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən brifinqdə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.

S. Hacıyev deyib ki, hazırda qüvvədə olan Mülki Prosessual Məcəllənin 172-ci maddəsində də bu halla bağlı indiyə qədər ağlabatan məbləğdə cərimələnmə nəzərdə tutulmuşdu: “Layihədə də yenə ağlabatan həddin müəyyən olunması əksini tapıb. Bu, sırf prosesə nizam-intizamlı, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxmaq üçün nəzərdə tutulub”.

Birinci vitse-spiker, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçiriləcəyini söyləyib: “İctimai müzakirədən sonra bu məsələlərə aydın gətiriləcək. Bu, məlumatsızlıqdan irəli gələn məsələdir”.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə dəyişikliklərlə bağlı layihə ilə əlaqədar iyulun 1-də parlamentdə ictimai müzakirələrin keçirilməsi planlaşdırılır.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR