Komitə sədri: "Qadınlar vəzifələrə seçimlərdə geri qalıblar"

Bahar Muradova

© APA | Bahar Muradova

# 24 noyabr 2021 11:24 (UTC +04:00)

"2021-ci ilin aprelin 1-nə olan məlumata görə, sahibkarlıq sahəsində qadınların çəkisi 27 faiz olub".

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum" vəsaitinin təqdimat mərasimində deyib.

O bildirib ki, yanvarın 1-nə olan məlumata görə, dövlət qulluqçularının 7339-u qadınlar olub: "2019-cu il üzrə müsahibələrdə uğur qazananlar içərisində daha çox kişilər vardı. Qadınlar yaxşı nəticələr göstərsələr də, vəzifələrə seçimlərdə geri qalıblar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR