Komitə sədri: "Rayonlarda məişət tullantılarının idarə olunması üçün yeni maşınlar yoxdur"

Komitə sədri: "Rayonlarda məişət tullantılarının idarə olunması üçün yeni maşınlar yoxdur"
# 11 noyabr 2021 15:39 (UTC +04:00)

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlərində Azərbaycanda yaşıl ətraf mühitin yaranması ilə bağlı prioritet var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, Xəzər dənizinin çirkləndirilməsinin qarşının alınması üçün fəaliyyətə başlanılması lazımdır: “İnsanlarımızın probleminin ən böyüyü su ilə bağlıdır. Get-gedə su qıtlığı əmələ gəlir və bu proses dünyada baş verəcək. Prezidentin sərəncamı ilə subartezian quyularının qazılması ilə bağlı da büdcə xərcləri yaranır. Bunları nəzərə alaraq suyun özündən də səmərəli istifadə meliorasiya komissiyasının əsas işlərindən biri olmalıdır. Kənd təsərrüfatında suvarma sistemləri çox zəifdir. Azərbaycanda texnoparklar yaranıb. Həmin texnoparklarda müasir suvarma sistemlərini yarada bilərik. Yeni sistemlərin tətbiqinə ehtiyac var. Dünyada iqlim dəyişikliklərini nəzərə alaraq bir çox işlərə yenidən diqqət ayırmalıyıq. Regionlarda bərk məişət tullantılarının idarə olunması ilə bağlı problem var. Ekologiyanın korlanmasında bu problem əsas rol oynayır. Zibillər yararlı torpaqları bəzən zəhərləyir. Bunların idarə olunması üçün də sistemli işə ehtiyac var. Rayonlarda, kəndlərdə məişət tullantılarının idarə olunması üçün yeni maşınlar yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR