Komitə sədri: "Şəhid ailələri ilə bağlı layihələrimiz var"

Bahar Muradova

© APA | Bahar Muradova

# 27 sentyabr 2021 11:04 (UTC +04:00)

"Şəhid ailələri, anaları və xanımları ilə bağlı layihələrimiz var".

Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, komitə və onun yerli qurumları bu məsələdə əlindən gələni edir : “Komitənin bütün ailələrin problemlərinə dəstək olmaq vəzifəsidir. Təkcə şəhid ailələri və həssas qrupa aid olan insanlar deyil, hər kəsin üzləşdiyi çətinliklər zamanı yardım göstərməyə çalışırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR