Komitə uşağın dayə tərəfindən döyülməsi iddiası ilə bağlı məsələni araşdırıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

© APA | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

# 03 avqust 2021 11:15 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkədə uşağın dayə tərəfindən döyülməsi iddiası ilə bağlı yayılan videoya münasibət bildirib.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu APA-nın sorğusuna cavab olaraq bildirib ki, məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal araşdırılıb:

“Həmin ailə Komitəyə dəvət olunub. Ana İlahə Xəlilova, ata Anar Xəlilov və dayə Çiçək Cəlilova ilə fərdi söhbətlər aparılıb. Söhbət zamanı ailə qeyd edib ki, dayə uşaqla hər zaman yaxşı davranıb. Ailə deyib ki, dayə onların qohumlarıdır, ona inanırlar. Biz dayə ilə də fərdi söhbət apardıq. Dayə də bunu inkar edib. Araşdırma zamanı uşağın bədənində də hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Ailə hazırda videonu yayan şəxsdən şikayətçidir və bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. Məsələ Komitənin nəzarətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR