Komitə: Zorakılığa məruz qalmış uşaqlarla bağlı statistikada artım yoxdur

Ceyran Rəhmətullayeva

© APA | Ceyran Rəhmətullayeva

# 12 noyabr 2021 13:28 (UTC +04:00)

“Ailədə uşaqlara qarşı zorakılıqlar çox vaxt gizlədilir”.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva deyib.

O bildirib ki, uşaqlar hər baxımdan özlərini günahkar hesab edirlər və bu zorakılıq halları ilə bağlı müraciət etmirlər: “Vətəndaşlar uşaqlara, hansısa ailə üzvünə qarşı zorakılıq halı gördükdə müraciət etməlidir. Məişət zorakılığı yalnız qadına qarşı olmur. Statistika göstərir ki, məişət zorakılığından ən çox qadınlar, uşaqlar əziyyət çəkir. Amma məişət zorakılığı kişilərə qarşı da baş verir. Hər zaman üzümüzü ictimaiyyətə tuturuq ki, bu halları bildikdə gizlətməyin. Zorakılığa məruz qalmış uşaqlarla bağlı statistikada artım yoxdur. Uşaqlara qarşı olan hər hansı hüquq pozuntusunu komitə olaraq normal qarşılamırıq. Hətta bir hal belə böyükdür. Bunun üçün valideynlərin, uşaqlarla çalışan mütəxəssislərin maariflənməsi lazımdır. Uşaqların zorakılığa məruz qaldığı daha çox bizim görmədiyimiz mühitlərdir. Onun etibar dairəsi, gündəlik həyatını keçirdiyi müəssisə, getdiyi, xidmət aldığı yerlərdə işləyənlər, onlarla ünsiyyətdə olanların işini professional aparması çox vacibdir”.

O qeyd edib ki, kənardan olan insanların zorakılıq faktı gördükdə bunun üzərindən keçməməsi cəmiyyətdə zorakılığa qarşı köklü mübarizənin əsası ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR