Könüllülərin iştirakı ilə "Vətən var olsun!" fləşmobu keçirilib - VİDEO

Könüllülərin iştirakı ilə "Vətən var olsun!" fləşmobu keçirilib - VİDEO
# 28 sentyabr 2021 14:13 (UTC +04:00)

II Qarabağ müharibəsinin başlamasının birinci ildönümünə həsr olunan "Vətən var olsun!" şüarı altında fləşmob keçirilib.

APA-nın məlumatına görə, fləşmob Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutub.

Fləşmobda iştirak edən ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən 1300-dən çox gənc könüllü Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini əks etdirən xüsusi geyimlərlə Dövlət Bayraq Meydanı ərazisində Azərbaycan Respublikasının xəritəsini və tarixi zəfərimizin əsas rəmzlərindən hesab olunan “Dəmir Yumruq” simvolunu canlandırıblar.

Fləşmoba qatılan könüllülər qalib ölkənin gəncləri olmaqdan qürur hissi keçirdiklərini və bundan sonrakı fəaliyyətlərində də Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizin dirçəlməsi üçün yorulmadan çalışacaqlarını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR