Koronavirusa görə bağlanan 20 nömrəli məktəb-liseydə əyani tədris bərpa olunub

Koronavirusa görə bağlanan 20 nömrəli məktəb-liseydə əyani tədris bərpa olunub
# 11 noyabr 2021 15:07 (UTC +04:00)

Bakıda koronavirusa görə bağlanan 20 nömrəli məktəb-liseydə əyani tədris bərpa olunub.

APA-nın xəbərinə görə, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-lisey üçün müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisəsində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Qeyd edək ki, 20 nömrəli məktəb-lisey şagird və müəllimlər arasında koronavirus infeksiyası yayıldığına görə oktyabrın 18-dən iki həftəlik distant tədrisə keçmiş, oktyabrın 30-dan isə karantinin müddəti daha 10 gün uzadılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR