Koronavirusa görə bağlanan “Ankara məktəbi”ndə əyani tədris bərpa olunub

"Ankara məktəbi"

© APA | "Ankara məktəbi"

# 16 noyabr 2021 09:24 (UTC +04:00)

Bakıda koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa edilib.

APA-nın xəbərinə görə, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında “Ankara məktəbi” məktəb-liseyi üçün müəyyənləşdirilmiş karantin başa çatıb.

Təhsil müəssisəsində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Qeyd edək ki, koronavurusa yoluxan müəllim və şagirdlərin çoxluğuna görə "Ankara məktəbi" məktəb-liseyində oktyabrın 19-dan dərslərin iki həftə ərzində distant keçirilməsi qərara alınmış, sonradan karantin müddəti daha iki həftə də uzadılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR