Koronavirusa yoluxmuş həkim Niyazi Eminov Mərkəzi Gömrük Hospitalına köçürülüb

Niyazi Eminov

© APA | Niyazi Eminov

# 20 sentyabr 2021 11:09 (UTC +04:00)

Koronavirusa yoluxmuş cərrah Niyazi Eminov dünən axşam saatlarında Mərkəzi Gömrük Hospitalına köçürülüb.

APA-nın məlumatına görə, bir müddətdir, "Yeni klinika"da müalicə olunan cərrahın Mərkəzi Gömrük Hospitalına köçürülməsinə qərar verilib.

N. Eminovun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir. Onun ağciyərlərində 90 faiz buzlaşma qeydə alınıb.

Qeyd edək ki, atası N. Eminovun Mərkəzi Gömrük Hospitalına köçürülməsi üçün müraciət etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR