Küləkli havaya görə Bakının magistral yollarında sürət həddi endirilib

Küləkli havaya görə Bakının magistral yollarında sürət həddi endirilib
# 10 noyabr 2021 16:14 (UTC +04:00)

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etmələri, həmçinin meteoroloji amilləri nəzərə almaları tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR