Kürdəmirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Kürdəmirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var
# 26 iyul 2021 16:15 (UTC +04:00)

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Karrar kəndi ərazisində C.Bilalov idarə etdiyi şəxsi “Land Rover” markalı avtomobili aşırıb. Qəza nəticəsində xəsarət alan sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Abşeron rayon sakini Elman Şükürov orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR