Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var - FOTO  - VİDEO  - YENİLƏNİB

© APA | Kürdəmirdə yol qəzası

# 28 iyul 2021 11:55 (UTC +04:00)

Kürdəmirdə ağır yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomaşın Ucar istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə aşaraq yolun kənarına düşüb. Avtomobildə olan sürücü və sərnişin ağır dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR