Laçında ağacəkmə aksiyası keçirilib

Laçında ağacəkmə aksiyası keçirilib
# 02 dekabr 2021 10:29 (UTC +04:00)

Laçın şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə dekabrın 1-də Laçında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində 2500-ə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib.

Doğma torpağa qayıdış münasibətilə keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər, Müdafiə və Daxili İşlər nazirliklərinin müvafiq bölmələrinin nümayəndələri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yerli qurumunun əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Ermənistanın işğalçı ordusu tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına nail olmaq məqsədilə Laçında, o cümlədən işğaldan azad olunmuş bütün ərazilərdə ağacəkmə kampaniyaları davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR