Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə görüşəcək

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 23 iyun 2021 17:31 (UTC +04:00)

İyunun 28-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin Filippo Qrandi arasında görüş keçiriləcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

M. Zaxarova S. Lavrovla BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Dağlıq Qarabağ və ətraf rayonlara məcburi köçkünlərin qayıtması məsələsini müzakirə edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR