Lənkəranda keçmiş məhkumdan külli miqdarda heroin götürülüb

Lənkəranda keçmiş məhkumdan külli miqdarda heroin götürülüb

© APA | Lənkəran, narkotik

# 09 iyun 2021 11:10 (UTC +04:00)

Lənkəran sakininin çantasında heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun narkotik vasitə satması barədə məlumat daxil olub. Bununla əlaqədar ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri uğurla nəticələnib. Belə ki, M.Məmmədovun üzərinə keçirilən baxış zamanı gəzdirdiyi idman çantasının içərisindən 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR