Lerik rayonunda zəlzələ baş verib

Lerik rayonunda zəlzələ baş verib
# 11 iyun 2021 07:34 (UTC +04:00)

Azərbaycanda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:39-da Lənkəran stansiyasından 14 km qərbdə, Lerik rayonunda qeydə alınıb.

Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR