Lerikdə narkotik tərkibli bitkilər aşkar edilib

Lerikdə narkotik tərkibli bitkilər aşkar edilib
# 23 iyun 2021 12:05 (UTC +04:00)

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Lerik rayonun Orand kəndi ərazisində 7 hektar sahədə yabanı halda bitmiş ümumi yaşıl kütləsi 5672 kiloqram olan 15321 ədəd xaş-xaş kolları aşkar edilib və yandırılmaqla məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR