Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında Xarıbülbül gülü əkilib - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında Xarıbülbül gülü əkilib - FOTO
# 16 iyun 2021 15:40 (UTC +04:00)

Moskva Dövlət Universitetinin (MDU) Botanika bağında Qarabağın rəmzi olan Xarıbülbül gülü əkilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Botanika bağında Xarıbülbül gülünün əkilməsi Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə baş tutub.

MDU-nun Botanika Bağının direktoru Aleksey Reteyum AMOR tərəfindən Botanika bağının Orxideya fonduna Qarabağın simvolu olan Xarıbülbül gülünün hədiyyə olunduğunu bildirib.

O, bu gün Botanika bağının oranjereyasında altı ədəd Xarıbülbül gülü əkildiyini vurğulayıb: “Xarıbülbül unikal orxideyadır, Qarabağın simvoludur. Bu, AMOR tərəfindən botanika bağına ilk hədiyyə deyil. Biz uzun müddətdir ki, AMOR-la əməkdaşlıq edirik. Xarıbülbül subtropik iqlimə uyğun gül olduğu üçün onu açıq həyətdə deyil, bu gülün iqliminə uyğun olan oranjereyada əkdik. Gələn ilin aprel ayında bizim bağın ziyarətçiləri Xarıbülbül gülünü görə biləcəklər”.

AMOR-un məsul katibi Ceyhun Hüseynov Xarıbülbül gülünün hər bir azərbaycanlı üçün əziz olduğunu söyləyib: “Ümid edirik ki, Moskva sakinləri, Rusiya paytaxtının qonaqları Xarıbülbülü canlı seyr edə biləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR