Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 09 iyul 2021 12:34 (UTC +04:00)

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının seçim nəticələri müəyyən olunub.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, valideynlər sy.edu.az portalı vasitəsilə “Şəxsi kabinet”ə daxil olaraq övladlarının seçim nəticələri ilə tanış ola bilərlər.

Övladları uğur qazanmış valideynlər 15 iyul saat 17:00-dək qəbul olduqları lisey və ya gimnaziyanı sistemdə təsdiqləməlidirlər. Əks halda, həmin şagirdlərin nəticələri ləğv ediləcək.

Qeyd edək ki, şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR