Litva səfiri: "Azərbaycanla ticarət əlaqələrimizi dərinləşdirə bilərik”

Eqidius Navikas

© APA | Eqidius Navikas

# 01 dekabr 2021 14:32 (UTC +04:00)

“Litvanın Azərbaycanla ticarət əlaqələri üçün yaxşı potensial var”.

APA-nın məlumatına görə, bunu Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas bu gün Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib: “Biz müxtəlif sahələrdə əməkdaşlıq edə, ticarət əlaqələrimizi dərinləşdirə bilərik”.

Eqidius Navikas deyib ki, bu, Litva səfiri kimi Gəncəyə ilk səfəridir: “Səfər çərçivəsində şəhərin icra başçısı ilə görüşdüm və biz əməkdaşlıq imkanlarını müzakirə etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR