Magistraturada fənlər üzrə attestasiya qaydası ali məktəblərin Elmi Şurası tərəfindən müəyyənləşdiriləcək

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 07 iyun 2021 15:47 (UTC +04:00)

Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, qüvvədə olan qərara əsasən, tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.

Dəyişikliyə əsasən, bu sahədə ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA-ya səlahiyyət verilir. Başqa sözlə, tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçiriləcək.

Müvafiq qaydada magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən müəyyənləşdiriləcək.

Bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR