Magistraturada jurnalistika ixtisaslaşmasına qabiliyyət imtahanları başlayıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 10 iyun 2021 16:54 (UTC +04:00)

Bu gündən magistraturada jurnalistika ixtisaslaşmasına qabiliyyət imtahanları başlayıb.

APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün keçirilən qabiliyyət imtahanına qeydiyyat iyunun 1-dən 6-dək aparılıb. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçən zaman Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə ediblər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin hesabından çıxılıb.

Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edəcək. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar. Tibbi maska taxmayan, həmçinin qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR